Mütləq Münasibətlər

mülki-hüquq münasibətləri subyektlərinin fəaliyyətindən asılı olmayaraq baş verən real hadisələrdir. Bu cür hadisələrə zəlzələ, uçqun, subasma və digər təbii fəlakət hallarını misal göstərmək olar.
Mütləq Hüquq Münasibətləri
Mütləq Üstünlük
OBASTAN VİKİ
Münasibətlər
Münasibət və ya Münasibətlər bu mənaları ifadə edə bilər:
Mütləq Monarxiya
Mütləq monarxiya — monarxiyanın əzəli və qəti forması; fеodal dövlətin son siyasi forması. Mütləq monarxiya fеodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə mеydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də mütləq monarxiya mövcuddur. Mütləqiyyət üçün monarxın (kralın, şahın, sultanın, çarın, impеratorun və s.) qеyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və hətta onu (monarxı), ilahiləşdirilməsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və gеniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mеxanizminin və daimi ordusunun olması və s. səciyyəvidir.
Mütləq demokratiya
Əksəriyyət demokratiyası, çoxluq demokratiyası və ya mütləq demokratiya (démoc-ratie absolue) çoxluğun qərarlarının tətbiq olunduğu və bu qərarların mütləq olduğu demokratiya növüdür. Qanunlar, azlıqların hüquqları, səlahiyyətlərin bölünməsi kimi amillər plüralist demokratiyada qəbul edilən qərarları məhdudlaşdırarkən, mütləq demokratiyada isə əksəriyyət tərəfindən qəbul edilən qərarlar qeyri-məhdud və mütləqdir. Ayrıca olaraq, idarə edilənlərin əksəriyyətinin seçki və idarəetmə dövründə təsirli olmasına əsaslanan mütləq (mejoritar) demokratiya İngiltərədə ilk tətbiqetmə modelini inkişaf etdirdiyinə görə, ona Vestminster modeli demokratiya da deyilir.
Mütləq hündürlük
Mütləq kəmiyyətlər
Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. İctimai-iqtisadi hadislərin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə , miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə xarakterize edilir. Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Fərdi mütləq kəmiyyətlər obyektin ayrı-ayrı vahidlərinin həcmini , səviyyəsini ifadə edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların pambıq əkin sahələrini , aylıq əmək haqqının həcmini və s. göstərmək olar. Fərdi mütləq kəmiyyələr yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmuyunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının bu və ya digər əlamətlər üzrə həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir.
Mütləq maksimum
Mütləq minimum
Mütləq qiymət
Mütləq qiymət — riyaziyyatda bir həqiqi ədədin işarəsiz qiyməti. Kompüterlərdə bu əməli ifadə etmək üçün istifadə edilən riyazi funksiya adətən abs(...) kimi göstərilir.
Mütləq temperatur
Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Mütləq üstünlük
Mütləq üstünlük — iqtisadi nəzəriyyədə təşəbbüskarın, şirkətin və ya ölkənin eyni, müəyyən miqdarda mənbələrdən istifadə edərək daha keyfiyyətli məhsul istehsal etməsi kimi başa düşülür. Müəyyən mal və xidmətlərin istehsalındakı üstünlük əlverişli təbii və iqlim şəraiti, xammalın ucuz və asan mövcudluğu, mal istehsalında xüsusi bilik və bacarıq və digər xüsusi istehsal amilləri ilə ola bilər. Mütləq üstünlük anlayışı, 18-ci əsrdə tanınma qazanmış və Adam Smitin qurucusu sayılan mütləq üstünlük üstünlüyü nəzəriyyəsinin əsasını götürdü. Ölkənin müəyyən sahələrdə mütləq üstünlüyü, ölkənin müvafiq mal və ya xidmətləri daha az vahid xərclərlə istehsal edə bilməsi deməkdir. Adam Smit "Xalqların zənginliyinin təbiəti və səbəbləri haqqında araşdırma" (1776) adlı əsərində ölkələrin beynəlxalq ticarətin sərbəst inkişafında maraqlı olduqlarını göstərdi, çünki ixracatçı və ya idxalçı olmasından asılı olmayaraq ondan faydalana bilər. Ölkənin istehsalında mütləq üstünlüklərə sahib olduğu istehsal olunmuş məhsulları digər mallarla mübadilə edərək beynəlxalq əmək bölgüsündə iştirakdan fayda əldə etməyin mümkünlüyünün dəlili və əsaslandırılması mütləq üstünlüklər nəzəriyyəsi adlanır. O dövrdə hakim olan merkantilizm nəzəriyyəsinə qarşı çıxan Adam Smit, xalqların rifahının yığdıqları qızılın miqdarından deyil, son məhsul və xidmətlər istehsal etmə qabiliyyətlərindən asılı olduğunu göstərdi. Bu səbəbdən əsas vəzifə qızıl əldə etmək və yığmaq deyil, əmək bölgüsündə iştirak etmək və onun əməkdaşlığı sayəsində istehsalı inkişaf etdirməkdir. Adam Smit, iqtisadi fəaliyyətin ixtisaslaşmasına əsaslanan əmək bölgüsünün üstünlüklərinin öyrənilməsinə çox diqqət yetirmişdir. Eyni zamanda, A.Smit əmək bölgüsü ilə bağlı beynəlxalq ticarət sahəsinə dair nəticələrini genişləndirərək mütləq üstünlüklər (və ya mütləq xərclər) prinsipini ilk dəfə nəzəri əsaslandırdı: «Hər ağıllı ailə başçısının əsas qayda-qanunları evdə kənardan almaqdan daha çox xərc tələb edən şeylər etməyə çalışmamaqdır ...
İman Mütləq
İman Mütləq (Səudiyyə Ərəbistanı) — İordaniyalı sahibkar, maliyyəçi, sosial fəal; "Sigma Investments Group" şirkətinin banisi. Mütləq Səudiyyə Ərəbistanında anadan olub. Atası vəfat edəndə onun 6 yaşı var idi, anası onun təlim tərbiyəsi ilə məşğul olmuşdur. Ailəsinin Səudiyyə kral ailəsi ilə sıx münasibətlərinin olmasına baxmayaraq, Mütləq var gücü ilə ərəblərin tipik kişi ictimai həyatına qoşulmağa cəhd etmişdir. 14 yaşı olanda təhsilinə dəstək olmaq məqsədi ilə toxuduğu əşyaları məktəbdə satırdı. İman Mütləq iki övladını 24 yaşında həyat yoldaşından boşandıqdan sonra tənha ana olaraq böyütmüşdür.[1] Mütləq Nyu York Texnologiya İnstitutunda Biznes Administasiyası magistraturasında maliyyə təhsili almışdır.[1] Mütləq artıq 18 yaşında şəxsi ixrac-idxal biznesini yaratmış və daha sonra 27 yaşında Yaxın Şərq və Şimali Afrikanın regionalarını əhatə edən maliyyə sənayesinə daxil olmuşdur. O hazırda İordaniyanın Sigma İnvestments şirkətini idarə edir.[1] O 2015-ci ildən MENA (Orta Şərq və Şimali Afrika) bölgəsində maliyyə xidmətləri ilə məşğul olan Bəhreyn "İngot Consutation" şirkətini idarə edir; bu şirkət dünya valyutaları və dəyərli metallarla ticarət etməyə, müştərilərə valyuta bazarına çıxmağa imkan verir. Forbes jurnalının Orta Şərq nəşri 2016, 2017 və 2018-ci illərdə İman Mütləqi "100 ən güclü Ərəb qadın iş adamı" siyahısında 32, 41 və 38-ci sırada qərarlaşdırmışdır. 2017-ci ildə Şri-Lankada Hilton Mehmanxanasında keçirilən "Asia-Pacific Executives" (Asiya-Sakit okean vəzifəli şəxsləri) forumunda əsas məruzəçi. 2016-cı ildə Korporativ sektorda MENA üzrə Amerikan Ticarət Palatasında Qadınlar Şurasında ən yaxşı qadın.
Vəkili-mütləq
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Qruplararası münasibətlər
Qruplararası münasibətlərin tədqiqi problemləri— Qruplararası münasibətlərin öyrənilməsi psixoloji və sosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirdildikdə məlum olur ki, bilavasitə qruplararası münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif aspektləri də ayırd edilir: Q. Lebonun (1896) — Qruplararası aqresiya Mak Dauqollun (1916) — Sosial davranış instinkti nəzəriyyəsi — sosial konfliktlər Z. Freydin (1925) — "Yadlara" olan düşmənçilik münasibətləri və qorxu Dollardın (1939) Qruplararası aspektdə aqressiv davranış (frustrasiya və aqressiyanın neobiheviorist nəzəryyəsində) Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda qruplararası münasibətlərin bəzi məsələləri öz əksini tapmışdır. Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqət yetirən alimlərdən biri U. Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan "Xalq adətləri" əsərində etnosentrizm fenomenlərini təsvir etmişdir. Məlumdur ki, etnosentrizm öz etnik qruuna üstünlük vermək, digərinə münasibətdə isə ədavət hissi və qərəzli mövqe tutmaqla özünü göstərir. U. Samnerin "başqa etnoslarla münasibətdə pozitiv xarakteristikaların şişirdilmiş etnosentizm" konsepsiyasında öz etnosunun başqa etnoslardan üstünlüyü hissi, ədavət və neqativ münasibətlərin büruzə verilməsi təhlil olunur. Bu zaman öz etnik qrupunun mədəniyyəti, adət və ənənələri, dəyərləri və başqa psixoloji xüsusiyyətləri etalon kimi götürülür. U. Samner başqa etnoslarla münasibətdə yaranan ədavət və neqativ münasibətləri öz etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır. Ziqmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar: autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin — mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü.
Xüsusi münasibətlər
Xüsusi münasibətlər (ing. special relationship) — Böyük Britaniya və ABŞ, yaxud onların siyasi liderləri arasında siyasi, sosial, diplomatik, mədəni, iqtisadi, hüquqi, ekoloji, dini, hərbi və tarixi əlaqələri təsvir etmək üçün istifadə olunan termindir. Termin ilk dəfə 1946-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çıxışında istifadə edildikdən sonra məşhurlaşmışdır. Hər iki ölkə XX və XXI əsrlərdə I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Soyuq müharibə, Körfəz müharibəsi və terrora qarşı müharibə də daxil olmaqla bir çox münaqişələr zamanı yaxın müttəfiq olublar. Hər iki hökumətin bir çox digər dövlətlərlə də yaxın əlaqələri olmasına baxmayaraq, Böyük Britaniya və ABŞ arasında ticarət və kommersiya, hərbi planlaşdırma, hərbi əməliyyatların icrası, nüvə silahı texnologiyası və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın səviyyəsi böyük dünya gücləri arasında "analoqu olmayan" kimi təsvir edilmişdir. Marqaret Tetçer və Ronald Reyqan kimi Britaniya və Amerika hökumət başçıları, eləcə də Toni Bleyr, Bill Klinton və Corc Buş arasında sıx əlaqələr qeyd olunub. Diplomatik səviyyədə xüsusiyyətlərə münasibətlərin "xüsusi", tez-tez və yüksək profilli siyasi səfərlər və diplomatik iş səviyyəsində geniş məlumat mübadiləsi kimi təkrarlanan ictimai təmsilçilik daxildir. Bəzi tənqidçilər "xüsusi münasibətlər"in mövcudluğunu inkar edir və bunu mif adlandırırlar. 1956-cı il Süveyş böhranı zamanı ABŞ prezidenti D. Eyzenhauer İngiltərənin Misirə hücumu səbəbiylə funt sterlinqi müflis etməklə təhdid etmişdi. Tetçer 1983-cü ildə ABŞ-ın Qrenadaya hücumuna qarşı çıxmış və Reyqan əvvəlcə 1982-ci il Folklend müharibəsinə qarşı uğursuz təzyiq etmişdi .
Havanın mütləq rütubətliyi
Mütləq qara cisim
Mütləq qara cisim – üzərinə düşən ixtiyarı dalğa uzunluğu şüaları tam udan cisim. Mütləq qara cisimin şüalandırdığı işığın enerjisi və spektral tərkibi yalnız onun temperaturu ilə müəyyən edilir və şüalandırıcı maddənin kimyəvi tərkibindən asılı deyil. Bu, mütləq qara cisimin işıq etalonu kimi qəbul edilməsinə səbəb olmuşdur. Təbiətdə mütləq qara cisim yoxdur. Qurum, qara məxmər, deşiyi olan qeyri-şəffaf divarlı içiboş qab və s. praktik olaraq mütləq qara cisim kimi qəbul oluna bilər. Bütün cisimlər kimi mütləq qara cisim də elektromaqnit dalğaları şüalandırır (bax Vin qanunu, Stefan-Boltsman qanunu, Plank qanunu).
Temperaturun mütləq sıfırı
Temperaturun mütləq sıfırı — Kainatdakı fiziki cismin temperaturunun minimal həddi. Mütləq sıfır mütləq temperatur. Mütləq sıfır Kelvin şkalası kimi mütləq temperatur şkalası üçün istinad nöqtəsi kimi xidmət edir. 1954-cü ildə X Çəkilər və ölçülər üzrə Baş Konfrans termodinamik temperatur şkalasını temperaturu 273,16 K (0.01 °C dərəcəsinə uyğun olan) kimi qəbul edilən bir sabit nöqtə ilə qurur — suyun üçlü nöqtəsi ilə. Buna görə də mütləq sıfıra Selsi şkalası ilə −273,15 °C və ya Farenheyt şkalası ilə −459,67 °F və ya 0 Kelvin uyğundur. Termodinamikanın tətbiqi çərçivəsində praktikada mütləq sıfır fəth olunmazdır. Onun mövcudluğu və temperatur şkalasında əks olunması müşahidə olunan fiziki fenomenlərin ekstrapolyasiyasından irəli gəlir. Bununla yanaşı bu cür ekstrapolyasiya onu göstərir ki, mütləq sıfırda maddələrin molekullarının və atomlarının istilik hərəkəti enerjisi sıfıra bərabər olmalıdır, yəni hissəciklərin xaotik hərəkəti dayanır və kristal qəfəs düyünlərində aydın bir mövqe tutaraq, nizamlı bir quruluş meydana gətirirlər (maye helium istisnadır). Lakin kvant fizikası nöqteyi-nəzərdən temperaturun mütləq sıfırında belə hissəciklərin kvant xüsusiyyətlərilə və onların ətrafının fiziki vakumuyla izah olunan sıfır dalğalanmalar mövcuddur. 1703-cü ildə fransız fizik Qilyom Amonton (fr.
Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq iqtisadi münasibətlər — maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemi. Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. Beynəlxalq iqtisadi münasibətlərin predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: Beynəlxalq iqtisadi münasibətlərin özü və bu münasibətlərin reallaşdırılması mexanizmi. Beynəlxalq iqtisadi münasibətlər bir elm kimi xarici ölkələrin iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. Beynəlxalq iqtisadi münasibətlər, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o, təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. Beynəlxalq iqtisadi münasibətlər obyektiv olaraq əmək bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsindən çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri sistemi kimi də baxıla bilər. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir. Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli, dialektik xarakter daşıyır. Beynəlxalq iqtisadi münasibətlərin dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.
Realizm (beynəlxalq münasibətlər)
Realizm — beynəlxalq münasibətlər nəzəriyyəsinin ənənələrindən biri. Beynəlxalq anarxiya və güc siyasəti məsələlərini diqqət mərkəzində saxlayan realizm, əsasən, Tomas Hobbes və Nikcolo Makiavellinin yaradıcılığına əsaslanaraq fəlsəfi cəhətdən qurulmuşdur. Realizm beynəlxalq münasibətlər yanaşması olaraq 20-ci əsrdə müharibələr dövründə ortaya çıxdı. Realizm, əsasən, dörd təklifə əsaslanan beynəlxalq münasibətlər ənənəsidir. Realizmə görə, beynəlxalq sistem anarxikdir. Dövlətlərin davranışlarını və qarşılıqlı əlaqələrini tənzimləyə biləcək aktyorlar yoxdur. Dövlətlər digər dövlətlərlə münasibətlərini tənzimləyirlər. Realizmin anarxiya təsəvvürünə görə, beynəlxalq sistemdəki anarxiya dövlətlərin öz suverenliyinin nəticəsidir. Müvafiq olaraq, anarxiyanın olmaması həm də dövlət suverenliyinin olmaması deməkdir. Beynəlxalq sistemdə daimi düşmənçilik var.
Neorealizm (beynəlxalq münasibətlər)
Neorealizm və ya struktural realizm — beynəlxalq münasibətlərdə güc siyasətinin rolunu vurğulayan, rəqabəti və münaqişəni davamlı xüsusiyyətlər kimi görən və əməkdaşlıq üçün məhdud potensial görən nəzəriyyə. Beynəlxalq sistemin anarxik vəziyyəti o deməkdir ki, dövlətlər başqa dövlətlərin niyyətlərinə və onların təhlükəsizliyinə əmin ola bilməzlər və bununla da onları güc siyasəti ilə məşğul olmağa sövq edir. Bu, ilk dəfə Kennet Valts tərəfindən 1979-cu ildə "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabında təsvir edilmişdir. Neoliberalizmlə yanaşı, neorealizm beynəlxalq münasibətlərə ən təsirli iki müasir yanaşmadan biridir. 1960-cı illərdən 1990-cı illərə qədər beynəlxalq münasibətlər nəzəriyyəsində bu iki perspektiv üstünlük təşkil edirdi. Neorealizm Şimali Amerikanın siyasi elm intizamından yaranmış, Edvard Karr, Hans Morgentau, Corc Forst Kennan və Reynhold Niburun klassik realist ənənəsini yenidən formalaşdırır. Neorealizm müdafiə və hücumçu neorealizmə bölünür. Xarici müdaxiləçilik Merkantilizm Waltz, Kenneth N. (1959). Man, The State, and War: A Theoretical Analysis ISBN 978-0231125376. Walt, Stephen (1990).
Qütblülük (beynəlxalq münasibətlər)
Beynəlxalq münasibətlərdə qütblülük beynəlxalq sistem daxilində hakimiyyətin bölüşdürülməsinin müxtəlif yollarından hər hansı biridir. O, hər hansı bir zaman çərçivəsində beynəlxalq sistemin xarakterini təsvir edir. Ümumilikdə, üç sistem növü ayırd edilir: birqütblülük, ikiqütblülük və üç və ya daha çox güc mərkəzini bildirən çoxqütblülük. Sistemin növü dövlətlərin biləvasitə regionda və ya qlobal miqyasda güc və təsir bölgüsündən asılıdır. Alimlər arasında ikiqütblülük və ya birqütblülüyün sabit və sülhsevər nəticələrə səbəb olub-olmaması ilə bağlı fikir ayrılıqları var. Kennet Vals və Con Mirşaymer ikiqütblülüyün nisbətən daha çox sabitlik yaratmağa meylli olduğunu iddia edənlər arasındadır. Əksinə, Con Aykenberri və Vilyam Volfors birqütblülüyün sabitləşdirici təsirini müdafiə edənlər arasındadır. Karl Doyç və David Singer kimi bəzi alimlər çoxqütblülüyün ən sabit struktur olduğunu müdafiə edirlər. Soyuq müharibə dövrü ABŞ və SSRİ kimi dünyanın iki fövqəldövlətin simasında ikiqütblülük dövrü kimi geniş şəkildə başa düşülür. Soyuq müharibənin sonu - 1990-2000-ci illər dünyanın yeganə supergücü kimi ABŞ-ın simasında birqütblülüyə gətirib çıxardı.
İdealizm (beynəlxalq münasibətlər)
İdealizm — xarici siyasət kontekstində milli dövlətin öz daxili siyasi fəlsəfəsini beynəlxalq məsələlərdə davranış və ritorikasının məqsədinə çevirməli olduğunu hesab edən yanaşma. İdealistlər hesab edirlər ki, ölkədə yoxsulluğa son qoyulması xaricdə yoxsulluqla mübarizə ilə birləşdirilməlidir. Həm ABŞ daxilində, həm də onun hüdudlarından kənarda ABŞ Prezidenti Vudro Vilson geniş şəkildə idealizmin erkən müdafiəçisi və onun praktik mənasının kodlaşdırıcısı hesab olunur. Qeyd olunan xüsusi tədbirlərə məşhur "On dörd maddənin"nin verilməsi daxildir. 1880-ci illərdən etibarən beynəlxalq münasibətlərdə Ser Alfred Zimmern, Norman Encell, Con Meynard Keyns, Con Atkinson Hobson, Leonard Vulf, Gilbert Mürrey, Arnold Toynbi və Lester Pirson kimi bu idealist düşüncə ənənəsinin əsas yazıçıları haqqında tədqiqatlar çoxalır. Xarici siyasət kontekstində idealizmin kodlaşdırıcı simalarından biri hesab olunan Vudro Vilsonun fikirləri bəşəriyyətin gələcək rifahına əsaslanırdı. O, dünyanı təhlükəsiz demokratiyaya çevirməyə çağırmış və bu, siyasi, iqtisadi və sosial standartlar ətrafında təşkil edilmişdir. Bu prinsiplər onun 14 maddədən ibarət sülh proqramında öz əksini tapmışdır. Vilson bu proqramı insanlara azadlıq yolunu göstərmək üçün ABŞ-nin öhdəliyi kimi düşünürdü. Vilsonun proqramının əsasını sülhə sadiq olan və müharibənin kökü sayılan tiranlığı devirmək niyyətində olan Millətlər Liqası təşkil edirdi.
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması Klassik mexanika E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).